Naxçıvanda APA Media Qrupun əməkdaşları təltif olundu
22 iyul 2025 11:44 (UTC +04:00)

Naxçıvanda APA Media Qrupun əməkdaşları təltif olundu

Naxçıvan Muxtar Respublikasında milli mətbuatın yaranmasının 150-ci ildönümü münasibətilə təltif edilən media nümayəndələri arasında APA Media Qrupun iki əməkdaşı da var.

Lent.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən APA Media Qrupun Naxçıvan bürosunun əməkdaşları - Ceyhun Məmmədov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, Əli Xudiyev isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncamla təltif olunan media nümayəndələri arasında APA Media Qrupun 9 əməkdaşı da yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar