Şəhərə 30 santimetr qalınlığında  dolu   yağdı
05 avqust 2023 23:14 (UTC +04:00)

Şəhərə 30 santimetr qalınlığında dolu yağdı

0

Almaniyanın Roytlinqen şəhərində 30 santimetr  dolu yağıb. Bu səbəbdən kommunal xidmətlər qartəmizləyən texnikadan istifadə etməli olub. 

Lent.az bildirir ki, bu barədə “Süddeutsche Zeitung” nəşri məlumat yayıb.

Yerli media yazır ki, dolu o qədər çox olub ki, drenajları və kanalizasiya xətlərini tıxayıb. Yeraltı qarajları, zirzəmiləri və yaşayış binalarını da su basıb. Yerli çayda suyun səviyyəsinin 1,5 metr qalxdığı bildirilir.

Nəticələri aradan qaldırmaq üçün hakimiyyət yay aylarında şəhərin küçələrinə qartəmizləyən maşınlar gətirməyə məcbur olub. Əməliyyatda 250 xilasedici iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3769

Oxşar yazılar