TQDK növbəti SAT imtahanı keçirəcək
01 aprel 2016 17:14 (UTC +04:00)

TQDK növbəti SAT imtahanı keçirəcək

0

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı il may ayının 7-də növbəti SAT imtahanını keçirəcək.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahana onlayn qaydada qeydiyyat davam edir. 

 

8 aprel imtahanda iştirak üçün son qeydiyyat tarixidir. Əlavə ödəniş etməklə son qeydiyyat tarixi isə aprelin 26-dadır. İmtahan isə mayın 5-də keçiriləcək.

İmtahan Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M, TQDK-nın inzibati binasında baş tutacaq.  

İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan 08:30-da başlayacaq

İmtahana buraxılış üçün tələb olunan sənədlər sırasına buraxılış vərəqəsi (Admission Ticket), şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport (Identification document) daxildir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar