Fevralın 15-dən 19-dək Təhsil Nazirliyinin “Facebook” səhifəsində doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərlə bağlı edilən dəyişikliklərlə əlaqədar suallara cavab veriləcək. Suallar şərhlər vasitəsilə cavablandırılacaq.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, istifadəçilərdən xahiş olunub ki, təkrarlanan suallarla müraciət etməsinlər, müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır.