Xəzər dənizinin səviyyəsi rekord dərəcədə  aşağı enib
22 iyul 2025 10:08 (UTC +04:00)

Xəzər dənizinin səviyyəsi rekord dərəcədə aşağı enib

Dünyanın ən böyük gölü olan Xəzər dənizinin səviyyəsi bütün müşahidələr tarixində rekord aşağı səviyyəyə enib. 

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, bu məlumatı Ümumrusiya Elmi Tədqiqat Balıqçılıq İnstitutunun (KaspNIRKh) Volqa-Xəzər bölməsinin əməkdaşı paylaşıb.

“Hazırda Xəzər dənizinin səviyyəsi instrumental müşahidələrin bütün dövrü ərzində minimum səviyyədən aşağı düşüb: Baltik hündürlük sisteminə görə bu, mənfi 29 metrdən azdır”, - alim bildirib.

O izah edib ki, Xəzər dənizinin səviyyəsi 2020-ci ildən aktiv şəkildə aşağı düşür. 

Təkcə 2022-2023-cü illərdə bu, 29 santimetr azalıb. Suyun səviyyəsinin azalmasına müxtəlif amillər, o cümlədən dənizdə və çaylarda buxarlanmanın artması, həmçinin Xəzərə axan çaylardan suyun aktiv istehlakı təsir göstərir.

KaspNIRKh nümayəndəsi vurğulayıb ki, Xəzər dənizinin səviyyəsi Rusiya və Qazaxıstanın dayaz şimal hissəsində ən nəzərəçarpacaq dərəcədə aşağı düşür.

Xəzər dənizi Yer kürəsinin ən böyük qapalı su hövzəsidir və o, eyni anda beş ölkənin - Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistanın sahillərini yuyur. Gölün sahəsi təxminən 390 min kvadratmetrdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar