Çin şirkəti  qadınlar üçün   smartfon buraxacaq
09 oktyabr 2021 22:17 (UTC +04:00)

Çin şirkəti qadınlar üçün smartfon buraxacaq

“Huawei” qadınlar üçün qatlana bilən bir smartfon üzərində işləyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilk cinsiyyət yönümlü qatlana bilən telefonun yaradılacağı barədə Çinin məşhur insayderi "Digital Chat Station" məlumat yayıb.

Müəllif “Weibo”dakı bloqunda, “Huawei”in qadın auditoriyası üçün cihaz kimi yerləşdiriləcək smartfon buraxacağını söyləyib.

Mütəxəssis cihazın hansı səbəblərdən qadınlar üçün nəzərdə tutulduğunu açıqlamayıb.

Bununla bərabər, müəllif ağıllı telefonun qapaqlı bir formada olacağını, yəni açılacağını və şaquli qatlanacağını deyib. Mənbə yeni “Huawei” cihazının nə vaxt satışa çıxarılacağını bildirməyib.

Çin korporasiyasının ən son qatlana bilən smartfonu fevral ayında buraxılan Mate X2-dir. Cihaz iki yarıdan ibarətdir, içərisində səkkiz düymlük OLED ekran, xaricində-6.45 düymlük ekran var.

Telefon Kirin 9000 çipi ilə təchiz edilib, səkkiz gigabayt RAM, 50, 12, 8 və 16 meqapiksellik dörd linzalı Leica kamerasına malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3102

Oxşar yazılar

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45
İşlənmiş ən etibarlı  9 Kia avtomobili - SİYAHI

İşlənmiş ən etibarlı 9 Kia avtomobili - SİYAHI

3 may 2025 , 14:07
“Rolls-Royce Cullinan”   Dubay polisinə təhvil verildi

“Rolls-Royce Cullinan” Dubay polisinə təhvil verildi

3 may 2025 , 03:34
Robot insanlara belə hücum etdi - VİDEO

Robot insanlara belə hücum etdi - VİDEO

2 may 2025 , 21:34