“iPhone 15 Pro”nun  kamera qüsuru   açıqlandı
22 sentyabr 2023 14:50 (UTC +04:00)

“iPhone 15 Pro”nun kamera qüsuru açıqlandı

“Apple” şirkəti “iPhone 15 Pro” smartfonlarının kamerasındakı qüsuru açıqlayıb. 

Lent.az xəbər verir ki, şirkət yeni Pro modellərdə inkişaf etmiş böyütmənin olmadığını bildirib. 

Məlumata görə, yeni smartfonların kamerasında 10x böyütmə yoxdur. Bildirilir ki, qabaqcıl zoom “Samsung Galaxy S23 Ultra” da daxil olmaqla bir çox flaqmanlarda istifadə olunur. 

Mütəxəssislər qeyd ediblər ki, 10x böyütmə ilə yüksək keyfiyyətli fotoşəkilləri əldə etmək çox çətindir. Bu böyütmə ilə şəkillər sabitləşmənin olmaması səbəbindən qeyri-aydın və bulanıq çıxacaq.

“Dünyanın ən möhkəm ştativi əlinizdə yoxdursa, ondan istifadə etmək həqiqətən çətin olacaq”, - şirkət bildirib. 

Apple həmçinin bildirib ki, digər smartfonların istifadəçiləri çox nadir hallarda 10x zoom istifadə edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5757
avatar

Sevinc Fərid

Oxşar yazılar