Mütəxəssisindən xəbərdarlıq -  "Chat GPT" amerikalı yeniyetməni niyə intihara sürüklədi
10 sentyabr 2025 02:15 (UTC +04:00)

Mütəxəssisindən xəbərdarlıq - "Chat GPT" amerikalı yeniyetməni niyə intihara sürüklədi

0

Süni intellekt təhlükəsizliyi sahəsində qabaqcıllardan olan Neyt Soares xəbərdarlıq edib ki, “ChatGPT” ilə danışan bir yeniyetmənin intiharı idarəolunmaz superintellekt sistemlərinin yaradacağı gələcək fəlakətlərin xəbərçisidir.

Lent.az xəbər verir ki, Soares chatbotların psixi sağlamlığa təsirinin gələcək super intellektli sistemlərinin yaratdığı təhlükələrin xəbərçisi olduğunu deyib.

Bu xəbərdarlığa, “ChatGPT” ilə aylarla söhbət etdikdən sonra intihar edən amerikalı yeniyetmə Adam Reynin intiharı səbəb olub.

Reynin ailəsi yeniyetmənin ölümünə görə məsuliyyət daşıyan OpenAI şirkətini məhkəməyə verib.

Keçmiş “Google” mühəndisi Soares xəbərdarlıq edir ki, bəşəriyyət süni super intellekt tərəfindən məhv edilə bilər.

O bildirib ki, bu, süni intellekt sisteminin bütün intellektual vəzifələrdə insanları üstələdiyi nəzəri bir ssenaridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar