Çində 350 km/saat sürətlə hərəkət edən dünyanın ilk yük qatarı buraxılıb. İnnovativ yük qatarı “CRRC Tangshan” şirkəti tərəfindən təqdim olunub.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, supersürətli qatar 1500 kilometr məsafəni 5 saata qət etməklə hava nəqliyyatı göstəricisinə nisbətdə hər yük kütləsi vahidi üçün 8 faiz enerji sərf edir. “CRRC Tangshan” mühəndisləri tərəfindən qatar 3 il ərzində gərgin iş sayəsində işlənilib ərsəyə gətirildikdən sonra rəsmən konveyerdən buraxılıb və bu sürətdə hərəkət edən dünyanın ilk yük qatarı adına layiq görülüb.
Mühəndislərin sözlərinə görə, lokomotivin forması müəyyən qədər Çin nərə balığını xatırladır ki, bu da qatarın aerodinamik parametrlərinə müsbət təsir göstərir.
Qatarın yaradılmasında ən müasir rəqəmli texnologiyalar, məsələn, “UWB” genişzolaqlı rabitəsi, “Beidou” sistemi vasitəsilə peyk geolokasiyası, qabaqcıl mobil məlumat ötürmə texnologiyaları və s. tətbiq edilib – bütün bunlar daşınan yüklərin yerini dəqiq müəyyənləşdirməyə, eləcə də stansiyalar və qatar arasında etibarlı rabitə qurmağa imkan verəcək. Yeni “CRRC Tangshan” qatarının uzunluğu 600-1500 kilometr təşkil edən xətlərdə yükdaşımaları üçün istifadəsi nəzərdə tutulur.

Supersürətli ilk yük qatarı - İNANILMAZ!
4
0
4
0
Oxşar yazılar

Telefona saatlarla baxmaq ömrü qısaldır
2 sentyabr 2025 , 13:04
Samsungdan çılğın müsabiqə - Ayda 200.000 addım atana ağıllı saat hədiyyə
2 sentyabr 2025 , 06:16
Dövlət işçilərinə “WhatsApp” və “Telegram” qadağan edildi
2 sentyabr 2025 , 04:37
Çindən 100 kilometrə 1,39 litr yanacaq sərf edən güclü avtomobili
1 sentyabr 2025 , 19:17
Toyota 21-ci yerə düşdü - SƏBƏB
1 sentyabr 2025 , 17:36
İlon Maskla bağlı YENİ QALMAQAL
1 sentyabr 2025 , 15:58
Hazırda kadr seçimi üzrə daha yaxşı nəticə göstərən üsul
1 sentyabr 2025 , 13:59