TikTok-da YENİ FUNKSİYA
05 avqust 2021 16:30 (UTC +04:00)

TikTok-da YENİ FUNKSİYA

Qısa videolar formatı istifadəçilər arasında çox məşhurlaşıb. TikTok servisi isə bu formatı daha çox genişlənməsinə səbəb oldu.

Lent.az "technote"a istinadən xəbər verir ki, hazırda bu servis rekord göstəricidə gəlir gətirir və bütün dünya üzrə ən çox yüklənən tətbiqlər sırasında yer alır.

Əgər siz TikTok-dan istifadə edirsinizsə, deməli onun əyləncəli funksiyalarından xəbərdarsınız. Lakin məlum olub ki, "ByteDance" şirkəti servisin daha bir funksiyası üzərində çalışır və yeni funksiya bazardakı digər rəqiblər olan "Instagram" və "Snapchat"dan ilhamlanıb.

Söhbət, "TikTok Stories"dən gedir. Adından da bəlli olduğu kimi, istifadəçilər bu funksiya sayəsində öz hesablarına "Stories" paylaşımlarını əlavə edə biləcəklər və həmin paylaşımlar 24 saatdan sonra avtomatik olaraq silinəcək.

Digər TikTok istifadəçiləri isə paylaşılmış "Stories"ə reaksiya verə və rəy bildirə biləcəklər.

Bundan əlavə, istifadəçilər müxtəlif musiqilər və mətnlər vasitəsilə kreativ Stories videoları da yarada biləcəklər. Hazırda "TikTok Stories" funksiyası test rejimində çalışır. Lakin buna baxmayaraq, artıq istifadəçilərin çox hissəsi bu funksiyanı əldə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4281

Oxşar yazılar

Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45
İşlənmiş ən etibarlı  9 Kia avtomobili - SİYAHI

İşlənmiş ən etibarlı 9 Kia avtomobili - SİYAHI

3 may 2025 , 14:07
“Rolls-Royce Cullinan”   Dubay polisinə təhvil verildi

“Rolls-Royce Cullinan” Dubay polisinə təhvil verildi

3 may 2025 , 03:34
Robot insanlara belə hücum etdi - VİDEO

Robot insanlara belə hücum etdi - VİDEO

2 may 2025 , 21:34
Hər kəsin cibinə görə  deyil: Yeni “iPhone”un qiyməti  məlum oldu

Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu

2 may 2025 , 19:20