Bakdıa qadın həyat yoldaşının avtomobilinə hücum çəkib.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qeyd olunur ki, qadın öz avtomobilini ərinin maşınına vurub. Sonra minik vasitəsindən düşərək həmin avtomobilə zərbələr endirib.
Hadisənin qısqanclıq səbəbilə baş verdiyi iddia olunur.
Məlumata görə, hadisəni törədən qadın ifadəsinin alınması üçün aidiyyəti üzrə polis orqanına dəvət olunub.