“Əl-Qaida”nın Yəməndəki lideri həbs olundu
0
0
Əhməd əl-Hanak yaralı ələ keçib
Bu gün Yəmən xüsusi xidmət orqanları Səna şəhərindəki xəstəxanaların birində 3 yaralı döyüşçünü həbs ediblər.
Lent.az-ın “vesti.ru” saytına istinadən verdiyi məlumata görə, bu üç yaralı “əl-Qaida” terror təşkilatına üzv olmaqda şübhəli bilinirlər.
Yəmən xüsusi xidmət orqanları bu şəxslərin böyük ehtimalla yanvarın 4-də keçirilən xüsusi antiterror əməliyyatı zamanı yaralandıqlarını güman edirlər. Həbs olunanlar arasında “əl-Qaida”nın Yəməndəki qanadının rəhbəri sayılan Əhməd əl-Hanak da var.
Qeyd edək ki, yeni il ərəfəsində Sənada səfirliyini bağlayan ABŞ Yəmən xüsusi xidmət orqanlarının yanvarın 4-də keçirdiyi əməliyyatdan sonra diplomatik missiyasının fəaliyyətini bərpa edib. Həmin əməliyyat vaxtı 2 terrorçu öldürülüb.
Bu həftənin əvvəlində ABŞ dövlət katibi Hillari Klinton isə Qətər şeyxi ilə telefon danışığı zamanı bildirib ki, “əl-Qaida”nın Yəməndəki aktiv qrupu regional və qlobal sabitlik üçün təhlükə törədir.

Oxşar yazılar

Bu şəxslərin ABŞ-a girişi qadağan edildi
6 sentyabr 2025 , 04:44
ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44