Türk hakerlər ABŞ-a müharibə elan etdilər
Lent.az-ın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, türk hakerlər bununla “Christian Action Network” təşkilatının 11 sentyabr terror aktlarına həsr edilmiş sənədli filminə öz etirazlarını bildirirlər.
Həmin filmdə terror aktları zamanı partladılmış Ümumdünya Ticarət Mərkəzinin qoşa qüllələrinin yanında Türkiyə bayrağının da şəkli yer alıb. Türk hakerlər bu gündən ABŞ-ın müxtəlif dövlət strukturlarının saytlarına hücum edəcəklərini bildiriblər. Filmin nümayiş etdiriləcəyi 28 oktyabrda isə hakerlər Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və Ağ Evin saytına hücum çəkəcəklər.
Qeyd edək ki, bu haker qrupu bundan əvvəl Pentaqonun saytını dağıdıb. Amerikalılar yalnız 12 saatdan sonra saytın fəaliyyətini bərpa edə biliblər.

Oxşar yazılar

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49