Toni Bleyrin baldızı müsəlman oldu
İngiltərənin sabiq baş naziri Toni Bleyrin hazırda Qum şəhərində yaşayan baldızı Lauren Booth hər gün “Quran” oxuduğunu, donuz əti yemədiyini, 45 gündür ki, ağzına içki dəymədiyini və gündə 5 dəfə namaz qıldığını söyləyib. Lent.az-ın “Mail on Sunday” qəzetinə istinadən verdiyi məlumata görə, o, İranda yaşadığı “müqəddəs təcrübə”dən sonra müsəlman olduğunu açıqlayıb.
Qəzetə açıqlama verən 43 yaşlı jurnalist Lauren Booth 6 həftə əvvəl Qum şəhərinə ziyarətdən sonra bu qərarı qəbul etdiyini bildirib. Toni Bleyrin baldızı hazırda İranda yayımlanan “Press TV” telekanalında çalışır.
Qeyd edək ki, sabiq baş nazir Toni Bleyr hazırda ABŞ, Avropa Birliyi, Rusiya və BMT-nin formalaşdırdığı Orta Şərq Dördlüyünün özəl təmsilçisidir və baş nazir postunu tərk edəndən sonra katolikliyi qəbul edib. Baldızı isə hesab edir ki, onun addımı Toni Bleyrin də baxışlarını dəyişdirəcək.

Oxşar yazılar

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16