İran gəmilərinin AB üzv dövlətlərin ərazi sularında hərəkəti qadağan edildi
Avropa Birliyi uranın zənginləşdirilməsi proqramını davam etdirən İrana qarşı yeni sanksiyalar qəbul edib.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Birliyinə üzv olan 27 ölkənin xarici işlər nazirləri Lüksemburqda keçirdikləri görüşdə İrana qarşı əlavə sanksiyaları bəyəniblər.
Sanksiyalar İranın neft-qaz sektoruna investisiya qoyuluşlarının dondurulmasını, bu ölkəyə neft-qaz sənayesi texnologiyalarının satışına qadağa qoyulmasını nəzərdə tutur. Tehranın hərbi məqsədlər üçün istifadə edə biləcəyi malların da bu ölkəyə satışı dayandırılacaq.
Avropa Birliyinin üzvləri İslam İnqilabını Müdafiə Korpusunun üzvlərinə məxsus bank hesablarının dondurulmasın, onlara viza məhdudiyyətlərinin tətbiqini də dəstəkləyiblər. İran bankları daha Avropa Birliyi ölkələrində ban əməliyyatları apara bilməyəcək, İranın “İrisil” dəniz yükdaşıma şirkətinin gəmiləri Avropa Birliyi ölkələrinin ərazi sularında hərəkət edə bilməyəcək.

Oxşar yazılar

Özbəkistanda zəlzələ oldu
6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı
6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49