Baksansk Su Elektrik Stansiyasını partladanlar tutuldu
Rusiya hüquq-mühafizə orqanları bu ilin iyulunda Kabarda-Balkardakı Baksansk Su Elektrik Stansiyasında (SES) törədilən təxribatın iştirakçılarından 2-i saxlayıb. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Baş Prokurorluğu nəzdindəki İstintaq Komitəsi məlumat yayıb.
Saxlanılanlar istintaq zamanı törətdikləri əməli etiraf edib, məqsədlərinin dövlətə ziyan vurmaq olduğunu söyləyiblər. Bundan əvvəl SES-də təxribat törədənlərdən 2-i öldürülüb.
Təhqiqat Komitəsinin məlumatında bildirilir ki, cinayətkar qrup SES-i partlatmağa cəhd göstərib. Bu qrupun üzvləri Baksansk milisinin müstəntiqi Albert Şibzuxovun ölümündə də şübhəli sayılırlar.
Cinayətkar qrupun üzvlərinin neçəsinin hələ azadlıqla olduğu barədə məlumat verilməyib. Bundan əvvəl SES-ə 12 nəfərə qədər şəxsin daxil olduğu bildirilirdi.
Baksask SES-ə hücum iyulun 21-də olub. Silahlı şəxslər 2 mühafizəçini öldürüb, mühərrik zalında 5 partlayıcı qurğu quraşdırıblar. İki dəfə partlayış baş verib, sonra yanğın başlayıb. Üç hidroqurğu zədələnib.

Oxşar yazılar

Özbəkistanda zəlzələ oldu
6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı
6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49