Dəniz quldurları 1 gəmini də ələ keçirdilər
Bu gün Somali dəniz quldurları Ədən körfəzində, Oman sahil suları yaxınlığında Almaniyanın “Grona Tankers” şirkətinə məxsus “Ems River” yük gəmisini ələ keçiriblər. Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, gəmi Birləşmiş Ərəb Əmirliklərindən Yunanıstana gəlirmiş.
Gəminin göyərtəsində 8 heyət üzvü var. Onların 1-i Rumıniya, digərlər Filippin vətəndaşlarıdır. Hazırda dəniz quldurlarına qarşı Ədən körfəzində mübarizə aparan hərbi missiya hadisələrin inkişafını izləyir.
Qeyd edək ki, bu gün Somali dəniz quldurları bu il mayın 8-də ələ keçirdikləri “Marida Marguerite” tankerini və tankerin heyət üzvlərini 5,5 milyon dollar ödənc qarşılığında sərbəst buraxıblar. Almaniyanın “OMCI Shipmanagement GmbH & Co” şirkətinə məxsus gəminin heyətində 22 nəfər olub. Ancaq almanların sevinci uzun çəkməyib...
Sonuncu gəmi ilə dəniz quldurlarının bu il ələ keçirdikləri gəmilərin sayı 51-ə çatıb.

Oxşar yazılar

Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24