42 min zərgərlik məmulatı üzərində saxta əyar tapılıb
25 oktyabr 2012 12:31 (UTC +04:00)

42 min zərgərlik məmulatı üzərində saxta əyar tapılıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli metallara və qiymətli daşlara nəzarət Dövlət Xidməti «Qiymətli metallar və qiymətli daşlar haqqında» qanunun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədi ilə 58 sahibkarlıq fəaliyyəti subyektində yoxlama aparıb.

Bu barədə «APA-ECONOMICS»ə Dövlət Xidmətindən bildirilib.

Aparılan yoxlamalar zamanı sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 41 918 ədəd məmulat Xidmətə gətirilib. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib, bu izlər təmizlənib və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanıb. Həmin zərgərlik məmulatlarının ekspertiza, analiz, əyarlanma və damğalanma proseduralarının keçirilməsinə görə 382 154 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.

Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş 81 şəxs barəsində inzibati xəta protokolu tərtib edilib. Ümumilikdə, 2012-ci ilin 9 ayı ərzində 54 min manat məbləğində inzibati cərimənin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
# 2237

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20