Dünya bu gün
22 noyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0
1497. Səyyah Vasko da Qama Ümid burnuna (Cənubi Afrika) çatıb

1881. Türk sərkərdəsi Ənvər Paşa anadan olub

1890. Fransız general, siyasi xadim Şarl de Qol anadan olub

1916. Amerika yazıçısı Cek London intihar edib

1918. Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib

1918. Polşa Respublikası elan edilib

1922. Bəstəkar Fikrət Əmirov anadan olub

1927. İran Fars körfəzindəki Bəhreyn adalarına iddia edib

1933. Kinorejissor Rasim Ocaqov anadan olub

1943. Ruzvelt, Çörçil və Çan Kay Şi Qahirədə Yaponiyaya qarşı hücum planını razılaşıblar

1943. Livan müstəqilliyini elan edib

1947. İran parlamenti SSRİ ilə imzalanmış neft müqavilələrini ləğv edib

1950. Bəstəkar Cavanşir Quliyev anadan olub

1955. SSRİ ilk dəfə “RDS-37” adlı hidrogen bombasını sınaqdan keçirib

1957. Xəzərdə fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik 2 neftçi briqadası həlak olub. Şahidlərin dediyinə görə, o vaxt Neft Daşlarında dalğanın hündürlüyü 40 metrə çatıb

1960. İlk “Zaporojes” avtomobili konveyerdən çıxıb

1963. ABŞ prezidenti Con Kennedi Dallasda qətlə yetirilib

1968. Türkiyədə ilk dəfə ürək transplantasiyası həyata keçirilib. Xəstə əməliyyatdan sonra 18 saat yaşayıb

1972. Prezident Riçard Nikson Amerika vətəndaşlarının Çinə getməsini qadağan edən qanunu ləğv edib. Sözügedən qanun 22 il qüvvədə olub

1977. “Concorde” səsdənsürətli sərnişin təyyarəsinin Vaşinqton aeroportuna enməsinə rəsmən icazə verilib

1989. Müstəqillik bayramı zamanı təşkil edilən terror aktı nəticəsində Livan prezidenti Rene Muavad və onun əhatəsindəki 11 nəfər həlak olub

1990. 11 illik hakimiyyətdən sonra İngiltərənin baş naziri Marqaret Tetçer istefa verib

1995. Azərbaycan Respublikası Yamayka ilə diplomatik əlaqələr qurub

2003. Şevardnadze əleyhdarları Gürcüstan parlamentinə basqın edib. Həmin gün Şevardnadze ölkədə vəziyyətin gərgin olduğunu nəzərə alaraq fövqəladə vəziyyət elan edib

2004. Ukraynada “məxməri inqilab” başlayıb

2005. Angela Merkel Almaniyanın ilk qadın kansleri seçilib

2009. Azərbaycan və Ermənistan prezidentləri Fransanın Münhendəki baş konsulunun iqamətgahında görüşüb.

2011. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya İNTERPOL-un yadigar medalı təqdim edilib.

Günün aforizmi

“Bəzi fransız və alman siyasətçilər belə hesab edirlər ki, hər iki ölkə eyni valyutadan istifadə etdiyindən heç vaxt bir-biriləri ilə mübahisəyə baş qoşmayacaqlar”.

Angela Merkelin “Le Monde” qəzetinə müsahibəsindən. 13.01.2007.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 908

Oxşar yazılar