
Bakıda cinayətkarlar toyuq hinində saxladıqları kişini arvadına 15 min manata satmaq istəyib
Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi adam oğurluğu faktı ilə əlaqədar məlumat yayıb. Lent.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 20-də saat 11 radələrində Yeni Suraxanı qəsəbə sakinləri Şahin Əliyev və Əhməd Həsənov qabaqcadan əlbir olan cinayətkar qrup təşkil etməklə tanışı Orxan Nağıyevi əvvəllər ona verdikləri 15.000 manat pulu tələb etmək məqsədilə Ə.Həsənovun yaşadığı evin həyətindəki toyuq hinində saxlamaqla həmin gün saat 23 radələrinədək qanunsuz olaraq azadlıqdan məhrum edib. Daha sonra onlar bu barədə zərərçəkmişin arvadı Zülfiyyə Nağıyevaya məlumat verməklə ondan pul tələb ediblər. Sonuncunun müraciəti əsasında Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Şahin Əliyev və Əhməd Həsənovun bu qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Fakta görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayətin törədilməsində şübhəli bilinən Şahin Əliyev və Əhməd Həsənov tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Nizam RZA
Fakta görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayətin törədilməsində şübhəli bilinən Şahin Əliyev və Əhməd Həsənov tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Nizam RZA
Oxşar yazılar

Hərbçimiz Kəlbəcərdə minaya düşdü - YENİLƏNİB
5 avqust 2025 , 23:48
Çoban qayadan yıxılıb xəstəxanalıq oldu
5 avqust 2025 , 20:35
Qorxu filmindəki kimi: Kişi ilk görüşdə 19 yaşlı tələbəni parçaladı
5 avqust 2025 , 19:33
Xocalıda yanğın davam edir - FOTOLENT
5 avqust 2025 , 19:11
Göydən düşən balıq yanğına səbəb oldu - Qəribə hadisənin TƏFƏRRÜATLARI
5 avqust 2025 , 18:55
13 yaşlı uşaq atasını başından vurdu: Səbəb inanılmazdır
5 avqust 2025 , 18:18
Qonşusunu yadplanetli sanıb güllələdi
5 avqust 2025 , 16:34