Bakıda avtoş ağır qəza törətdi: ölən var
19 yanvar 2013 10:47 (UTC +04:00)

Bakıda avtoş ağır qəza törətdi: ölən var

 

Yanvarın 19-na keçən gecə, saat 23:40 radələrində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Babək prospektində “VAZ 2107” markalı avtomobil 1960-cı il təvəllüdlü Mirzə Rzayevi vurub. 53 yaşlı kişi aldığı bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.

 

İlkin məlumata görə, piyadanı vuran minik avtomobili yüksək sürətlə hərəkət edirmiş. Maşınnı sürücüsü müəyyən edilib.

 

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2830

Oxşar yazılar