Suraxanıda 3 nəfər qazdan boğularaq ölüb - YENİLƏNİB
18 dekabr 2012 15:00 (UTC +04:00)

Suraxanıda 3 nəfər qazdan boğularaq ölüb - YENİLƏNİB

Bakı şəhərinin Suraxanı rayonunda dəm qazından daha bir boğulma faktı qeydə alınıb. Rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, bu gün Qaraçuxur qəsəbə sakini, 1972-ci il təvəllüdlü İsgəndərov Araz İliç oğlunun yaşadığı mənzildə meyitinin tapılması barədə məlumat daxil olub. Dərhal əməliyyat qrupu həmin ünvana gedib. Məlum olub ki, 40 yaşlı A.İsgəndərov dəm qazından boğularaq ölüb. Meyit ekspertizaya göndərilib. Hadisənin səbəbləri araşdırılır

 

***

 

10:45

 

Dekabrın 17-də Bakı şəhərinin Suraxanı rayonu ərazisində 2 nəfər dəm qazından boğularaq ölüb. Suraxanı Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsində, qəsəbə sakini 1954-cü il təvəllüdlü Daşdəmirov Bəhruz Kamandar oğlu mənzilində dəm qazından boğularaq ölüb.

 

Oxşar hadisə rayonun Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivində də qeydə alınıb. 12 yaşlı Rahib Nəbiyev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

 

Hər iki faktla əlaqədar Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2530

Oxşar yazılar

Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06
Şəkidə AĞIR QƏZA:   7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

10 may 2025 , 20:16