3 nəfər gizli yolla mağazaya girib 20 manat oğurladı
01 noyabr 2014 12:59 (UTC +04:00)

3 nəfər gizli yolla mağazaya girib 20 manat oğurladı

Bakıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumatına görə, Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən, Səftar Məmmədova məxsus mağazadan pəncərənin şüşəsini çıxarmaqla 20 manat və ərzaq malları oğurlanıb. Polis əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar, Yevlax rayon sakinləri - Ramil Bədəlov, Sərxan Zeynalov və Kürdəmir rayon sakini Mehdi Mahmudov tutulub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar