Bakıda öldürülən Aygülün meyiti vətəninə göndərildi
11 iyun 2018 10:30 (UTC +04:00)

Bakıda öldürülən Aygülün meyiti vətəninə göndərildi

Bir neçə gün əvvəl Bakıda sevgilisi tərəfindən öldürülən Qazaxıstan vətəndaşı, 1985-ci il təvəllüdlü Atsubayeva Aygül Almaz qızının meyiti vətəninə göndərilib. Lent.az xəbər verir ki, Oğuz rayon sakini, 3 uşaq atası, 29 yaşlı Yusifov Yolçu Adışirin oğlu tərəfindən öldürülərək Pirşağı qəsəbəsində qamışlığa atılan A.Atsubayevanın meyiti dünən yaxınlarının iştirakı ilə Qazaxıstana göndərilib.

 

Qeyd edək ki, A.Atsubayevanın yaxınları “Xəzər” telekanalında Xoşqədəm Hidaytətqızının verilişinə çıxandan sonra Yolçu Yusifov da həmin verilişə dəvət edilib vəı orada çıxış. Edib. Özünü şübhəli aparan Yolçu Yusifov daha sonra Hava Nəqliyyatında Polis İdarəsinə dəvət edilib və orada ifadə verib. Cinayətinin üstü açılan gənc oğlan idarənin pəncərəsindən özünü ataraq intihar edib. Artıq faktla bağlı bir nəfər saxlanılıb. Belə ki, Y.Yusifovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanov Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.

 

Bildirilir ki, 3 uşaq atası olan Y.Yolçuyev qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra 29 yaşlı Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi 34 yaşlı Ayqulu boğaraq öldürüb.

 

Qətl törədən Y.Yolçuyev daha sonra qaynının evinə gedib və belə bir cinayət törətdiyini deyib. Famil Osmanovun dediyinə görə, yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb və buna görə polisə məlumat verməyib.

 

Bildirilir  ki, öldürülən qadın hamilə olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06