Hava hücumundan müdafiə qüvvələrimiz təlimə başladı
13 avqust 2014 13:49 (UTC +04:00)

Hava hücumundan müdafiə qüvvələrimiz təlimə başladı

0
Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının təlimləri başlayıb. Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təlimlər müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı 2014-cü ilin döyüş hazırlığı planına əsasən həyata keçirilir.

 

Təlimlər zamanı qoşunların yüksək döyüş hazırlığı dərəcəsinə gətirilməsi, mühüm dövlət və hərbi obyektlərin, quru qoşunları qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi üzrə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdiriləcək.
 

Təlimlərdə həmçinin aeorodinamik, eləcə də qanadlı və ballistik raketləri imitasiya edən təlim hədəflərinə döyüş atışları həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3542

Oxşar yazılar