DəmirBank-ın müştəriləri Western Union köçürmələri üzrə yeni kampaniyada iştirak edir
Western Union sistemi ilə DəmirBank-da pul köçürməsi edən və alan müştərilər yeni stimullaşdırıcı kampaniyada hədiyyə və uduşlar əldə edə bilər. Belə ki, Western Union sistemi altı tərəfdaş bank ilə bu il 15 aprel - 15 iyul müddətində “Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm!” adlı kampaniya həyata keçirir.
Kampaniya 2 aksiyadan ibarətdir: lotereya və hədiyyə aksiyası. Buna əsasən DəmirBank-da Western Union sistemi ilə pul köçürməsi edən və alan müştərilərə 2 fərqli kupon təqdim edilir.
Müştəriyə təqdim edilən 1-ci kupon onun lotereyada iştirakını göstərir. Müştəri hər dəfə köçürmə etdikdə ona 1-ci kupondan verilir. Beləliklə, hər əməliyyat lotereyada 1 şans deməkdir. Lotereyanın qalibləri 15 iyun və 27 iyul tarixlərində müəyyən ediləcək. Ümumilikdə 10 nəfər hər biri 1000 manat pul məbləği uda biləcək.
Müştəriyə təqdim edilən 2-ci kupon isə hədiyyə aksiyasında iştirakı göstərir. Müştəri kampaniyanın müddətində hər dəfə pul köçürməsi etdikdə və aldıqda 2-ci kuponda marka (möhür) vurulur. Müştəri Banka dostunu / tanışını gətirdikdə və həmin şəxs Western Union ilə köçürmə etdikdə, müştəri öz kuponunda yenə möhür qazanır. Kuponda möhürlərin sayı 2-yə bərabər olduqda – foto çərçivə, 5-ə bərabər olduqda – portmane müştəriyə hədiyyə edilir.
“DəmirBank pul köçürmə xidmətləri üzrə müxtəlif kampaniyalar həyata keçirir. Western Union sistemi üzrə stimullaşdırıcı kampaniyada iştirak ilə yanaşı, DəmirBank pul köçürmə müştəriləri üçün Kontur Hədiyyə aksiyası və hər ay 16 nəfərin qalib olduğu Lotereya həyata keçirir. Bu kampaniyalar DəmirBank-da pul köçürməsi edən və alan müştərilərə diqqətin göstəricisidir” – deyə Bankın İdarə Heyətinin Sədr Müavini Yusif Cabbarov bildirib.
DəmirBank-ın hazırda Bakı və regionlarda 30 filialı təcili pul köçürmə xidmətlərini göstərir. Ölkənin müxtəlif şəhərlərində müvafiq olaraq Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli filialları fəaliyyət göstərir.
Bu və pul köçürmələri üzrə Bankın digər kampaniyaları barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

Oxşar yazılar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11