Bakıda mənzildən 4 kilodan çox narkotik tapıldı
01 fevral 2021 12:25 (UTC +04:00)

Bakıda mənzildən 4 kilodan çox narkotik tapıldı

Bakıda daha bir narkotacir saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 305 qram heroin, yaşadığı mənzildən isə 1 kiloqram 831 qramdan artıq heroin, 2 kiloqram 72 qramdan artıq metamfetamin, 256 qramdan artıq tiryək və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

# 2505
avatar

Mehman Nəbiyev

Oxşar yazılar