Bir ailənin 3 oğlunun məhkəməsi başlayır -  SƏBƏB
01 fevral 2021 16:45 (UTC +04:00)

Bir ailənin 3 oğlunun məhkəməsi başlayır - SƏBƏB

Bakıda bir neçə obyektdən oğurluq etdiklərinə görə ötən ilin noyabr ayında tutulan Vüsal, Zamiq və Namiq Vəliyev qardaşlarının cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar Səbail rayon Məhkəməsinə göndərilib. İş hakim Azər Tağıyevin icraatındadır.

Qeyd edək ki, Səbail rayonu 20-ci sahə ərazisində yaşayan paytaxt sakini Ramin Tağıyev polisə müraciət edərək bildirib ki, ona məxsus mağazanın giriş qapısı naməlum şəxslər tərəfindən sındırılaraq içəridən 300 manat pul və 1700 manat dəyərindən müxtəlif çeşidli tütün məmulatları oğurlanıb. Hadisə ilə bağlı dərhal Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırmalara başlanılıb. 

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri Vüsal, Namiq və Zamiq Vəliyev qardaşları saxlanılıblar. Onlar ifadələrində Səbail rayonunda daha 2 mağaza və bir kafedən kosmetik vasitələr, ətirlər, televizor və ərzaq məhsulları oğurladıqlarını bildiriblər. Qardaşlar oğurluq etdikləri 4 obyektdə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurublar.

# 2940
avatar

Mehman Nəbiyev

Oxşar yazılar