Mağazadan 12 min manatlıq oğurluq etdi
01 fevral 2021 12:52 (UTC +04:00)

Mağazadan 12 min manatlıq oğurluq etdi

Cəlilabadda mağazadan 12 min manat dəyərində oğurluq edən rayon sakini saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad şəhər sakini Z.Nağıyev rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus mağazadan ümumilikdə dəyəri 12 min manata yaxın olan tütün məmulatları, 1 ədəd "Toshiba" markalı notbuk, spirtli içkilər və nağd pulun oğurlandığını bildirib.

Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Cəlilabad rayon sakini İbrahim Xankişiyev olduğu müəyyən edilib.

Oğurlanmış əşyaların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

# 2784
avatar

Mehman Nəbiyev

Oxşar yazılar