Məşhur aparıcı:  “Pul gözümü elə tutub ki…”
28 noyabr 2023 12:02 (UTC +04:00)

Məşhur aparıcı: “Pul gözümü elə tutub ki…”

“Ruslanı qadınlara qısqanırsan?” sualını cavablandıran aparıcı Çinarə Əliyeva “Pul mənim gözümü elə tutub ki, onu heç kimə qısqanmıram. Özümü isə tanıya bilmirəm” deyib.

 Lent.az-ın xəbərinə görə, aparıcı xanım  "Xəzər axşamı" proqramında maraqlı açıqlamaları ilə diqqət çəkib.

“Ruslanla nişanlı olanda aramızda çox davalar olurdu. Amma ailə qurandan sonra yaxşılığa doğru həyatım dəyişib. Aramızda söz-söhbət olmur, bir-birimizi başa düşürük. Ruslan səhər işə gedib, axşam saat 7- də evə gəlir. Mən 7 də evdən çıxıb gedirəm məclisə, bir də gecə saat  12-də gəlirəm. Ona görə, aramızda problemlər olmur”,- deyə o bildirib.

Qeyd edək ki, Çinarə Əliyeva efirlə yanaşı toy və xınayaxdı məclislərində də aparıcılıq edir. 

# 7488
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar