Onun xərçəng olduğunu bilirdiniz? – Məşhurların gizlətdikləri XƏSTƏLİKLƏRİ
20 iyun 2022 15:21 (UTC +04:00)

Onun xərçəng olduğunu bilirdiniz? – Məşhurların gizlətdikləri XƏSTƏLİKLƏRİ

Məşhurların gizli saxladıqları şəxsi məsələlərdən biri də xəstəlikləridir. Ancaq mətbuat çox vaxt ulduzların şəxsi adlandırdığı xəstəlikləri araşdırıb üzə çıxardır. 

Lent.az geniş və nadir hallarda yayılmış, qəribə xəstəliklərdən əziyyət çəkən məşhurların adlarını təqdim edir:

Tuba Ünsal 

Tanınmış aktrisa əvvəllər tez-tez nəfəs darlığı, yüksək hərarət və qarın ağrısı şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər Tuba Ünsalda olduqca nadir rast gəlinən Ailəvi Ağdəniz qızdırması adlı xəstəlik diaqnozu qoyublar. Uzun müddətli müalicə prosesindən sonra əvvəlki sağlamlığına qovuşan Tuba Ünsal müntəzəm olaraq müayinələrini davam etdirir.

Defne Samyeli

2000-ci ildə Defne Samyeliyə qadın orqanlarının xərçəngi diaqnozu qoyulub. Müalicə üçün Nyu-Yorka gedən məşhur aktrisa, oradakı əməliyyatdan sonra sağlığına qovuşub. Sağlam şəkildə Türkiyəyə qayıdan Defne Samyeli, hazırda qadınları bu istiqamətdə maarifləndirir və onlara mütəmadi olaraq ginekoloq müayinəsinə getməyi, lazımi analizlərdən keçməyi tövsiyə edir.

Meryem Üzərli

Xüsusilə “Hürrəm Sultan” rolu və şirin aksenti ilə tanıdığımız simpatik aktrisa Məryəm Üzərli, bir vaxtlar ağır xəstəliklərdən sayılan tükənmişlik sindromuna tutulmuşdu. İstedadlı aktrisa müalicəsi üçün bir müddət Almaniyada yaşayıb. Orada olarkən qızını dünyaya gətirdi və bundan sonra xəstəliyə qalib gəldi. Türkiyəyə qayıdan aktrisa yeni layihələrlə işinə davam edir. 

Arda Kural 

Bir vaxtlar türkiyəli Leonardo Di Kaprio kimi tanınan Arda Kurala psixoz diaqnozu qoyulub. Bu travmanı layihə anlaşmazlığından sonra aldığını bildirən məşhur aktyor xəstəliyinin yaratdığı depressiyaya görə dostlarından və ailəsindən uzaqlaşıb. O, yaxınlarından uzaqlaşdığı vaxtlarda həyatı tam sorğuladığını bildirib. Hətta aktyor xəstəliyi müddətində küçələrdə yaşayıb. Bu yaxınlarda ekzistensial ağrıları keçdikdən sonra sektora qayıdıb. Yaraşıqlı aktyora bir zamanlar aşiq olan nəsil onun bu qayıdışını sevinclə qarşılayıb. 

Sertap Erener 

Mahnılarını sevərək dinlədiyimiz Sertab Erener 11 yaşında xoralı kolit diaqnozu qoyulanlar arasındadır. Bu xəstəlik yoğun bağırsaqda iltihab və xoralara səbəb olur. Xəstəni tədricən zəiflədən bu xəstəlik ölümcül belə ola bilər. İllərdir bu xəstəliklə mübarizə aparan sənətçi öz peşəsindən möhkəm yapışmağı bacaran biridir. 1995-ci ildə əməliyyatdan sonra Erenerin yoğun bağırsağı çıxarılıb. Bu çətin mübarizədən qalib ayrılan Sertab Erenerin səhhəti hazırda yaxşıdır.

Seda Sayan 

Tanınmış müğənni Seda Sayan qalxanabənzər vəz xəstəliyindən əziyyət çəkir. Xəstəliyi səbəbindən dərmanlarını müntəzəm istifadə edən sənətçi, ac qalmamağa səy göstərir. Çünki müğənni ac olanda özünü çox pis hiss edir.  

Ebru Gündəş 

Ebru Gündəş 2000-ci ildə faciəvi bir hadisə yaşadı. Kameralar qarşısında huşunu itirən məşhur müğənni təcili xəstəxanaya çatdırılmışdı. Beynində əmələ gələn qabarcığa görə o, ölümlə yaşam arasında mübarizə aparırdı. Ciddi beyin əməliyyatından sonra sağlamlığına qovuşan Ebru Gündeş mütəmadi olaraq müayinələrdən keçir. Sənətçinin hazırda səhhətində heç bir problem yoxdur. 

Ajda Pekkan 

İllərdir yaşlanmaması ilə diqqət çəkən gözəl müğənni Ajda Pekkan ürək xəstəliyindən əziyyət çəkir. Müğənninin xəstəliyinin təkrar yaşanmaması üçün ürəyinə 2 stent, daha sonra isə 1 stent qoyulub. Ajda Pekkanın xəstəliyi əvvəlki qədər pis olmasa da, təəssüf ki, hələ də davam edir.

Nurseli İdiz

Film sektorunun tanınmış adlarından biri olan Nurseli İdiz bipolyar xəstəlikdən əziyyət çəkir. Keçmişdə ona alkoqolik deyənlərə qarşı incikliyini ifadə edən İdiz, bu xəstəliyinə onun problem olmadığını bildirir. Bu hadisədən alacağımız dərs odur ki, heç kimə qərəzli yanaşmamalıyıq. 

Brüs Uillis

Aksiyon kino həvəskarları tərəfindən tanınan 67 yaşlı Hollivud ulduzu Brüs Uillisə afaziya, yəni nitqin sistem pozğunluğu diaqnozu qoyulub. Afaziya beynin bəzi hissələrində pozğunluqlardan sonra baş verir. Bu xəstəlik danışıq dilini oxumağı, yazmağı, danışmağı və başa düşməyi çox çətinləşdirir. Hollivud ulduzunun ailəsindən verilən açıqlamaya görə, Brüs Uillis də təəssüf ki, aktyorluğa son qoyacaq.


 

# 3981
avatar

Sevinc Fərid

Oxşar yazılar