Rəqsanə qızının toyuna hazırlaşmaq üçün əməliyyat olunacaq
06 fevral 2024 11:18 (UTC +04:00)

Rəqsanə qızının toyuna hazırlaşmaq üçün əməliyyat olunacaq

Müğənni Rəqsanə İsmayılova qızı Aysunun toyuna hazırlaşdığını bildirib. Bu barədə məlumat sosial şəbəkədə yayılıb.

 Lakin müğənninin hazırlığı bir qədər fərqli xarakter daşıyır.

Lent.az-ın xəbərinə görə o, saç qaynaqlarını sökdürüb yenidən yeni saçlar taxdıracağını, üzündə və bədənində estetik əməliyyatlar etdirəcəyini bildirib.

“Bu həkimin növbəsinə düşmək çətin idi. Axır ki, növbə mənə çatdı. Üzümü “Kamaz”la dartdırmayacam. Amma üzümdə və bədənimdə estetik əməliyyatlar olacaq. 90 dərəcə dəyişəcəm”,- deyə o bildirib.

 Qeyd edək ki, müğənninin qızı Aysunun yanvar ayında toyu olmalıydı.

# 6006
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar