Xərçəngə  tutulan   müğənnimiz əməliyyat otağından efirə qoşuldu
28 noyabr 2023 16:46 (UTC +04:00)

Xərçəngə tutulan müğənnimiz əməliyyat otağından efirə qoşuldu

Xəbər verdiyimiz kimi, müğənni Sevda Əliqızının sinəsində süd vəzinin onkoloji xəstəliyi aşkarlanıb.

 Lent.az-ın xəbərinə görə bu gün Sevda xanım əməliyyat olunub.

O xəstəxanadan  "Elgizlə izlə" proqramına bağlanaraq, bir azdan əməliyyata girəcəyini deyib. Sevda Əliqızını xəstəxanda oğlu, gəlini və nəvəsi müşaiyət edib.

“Birazdan əməliyyatımız başlayacaq. Çalışıram, həyəcandan uzaq olum. Özümü toplamışam. Həkimlər və tibb işçiləri sağ olsunlar, mənə qayğı göstərirlər. Buna görə isə onlara təşəkkürümü bildirirəm”,- deyə o bildirib. Sevda Əliqızı əməliyyatdan öncə göz yaşlarına hakim ola bilməyib.

 


 

# 32439
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar