Diyetanız sizin psixoloji sağlamlığınızda mühüm rol oynayır. Bu məhsullar əhval-ruhiyyəni yüksəldir və depressiyanı azaldır.
Lent.az bu 8 məhsulu təqdim edir:
Yaxşı əhval-ruhiyyə üçün kifayət qədər yuxu və fiziki aktivlik çox faydalıdır, lakin qidalanma da psixoloji sağlamlıq üçün böyük əhəmiyyət daşıyır.
1. Forel
Ağır (yağlı) balıqlarda olan bir çox faydalı qida maddəsinin əhval-ruhiyyəni dəstəklədiyi və hətta depressiyanı yüngülləşdirdiyi sübut edilib. Tədqiqatçılar müntəzəm balıq yeməyin narahatlığı və stressi azalda biləcəyini bildirirlər.
2. Şokolad
Bir araşdırma göstərib ki, kakao miqdarı yüksək olan qidaların qəbulu qısamüddətli əhval yaxşılaşmasına səbəb ola bilər. Tünd şokolad endorfinlərin ifrazını stimullaşdırır və bu da insanı özünü daha xoşbəxt hiss etdirməyə kömək edir. O həmçinin əhvalın tənzimlənməsində iştirak edən dopamin və serotoninə təsir edir. Şokolad həmçinin əhvalın tənzimlənməsində mühüm rol oynayan maqneziumun təbii mənbəyidir.
3. Fermentləşdirilmiş məhsullar
Kimçi, kələm turşusu və qatıq kimi fermentləşdirilmiş məhsullar probiotikləri rasiona daxil etməyin əla yoludur. Probiotiklər bağırsağı kolonizasiya edir və həzm sisteminin, immunitetin və hətta əhval-ruhiyyənin yaxşılaşmasına kömək etdiyi sübut olunub. Bəzi canlı probiotiklər “xoşbəxtlik hormonu” kimi tanınan serotonin hormonunun sintezində və mənimsənilməsində rol oynaya bilər.
4. Yumurta sarısı
Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı əhval-ruhiyyəyə mənfi təsir edir və PMS-in, mövsümi affektiv pozğunluğun, qeyri-spesifik əhval pozğunluğunun və böyük depressiv pozğunluğun daha çox yayılması ilə əlaqəlidir. Yumurta sarısı D vitamininin təbii mənbəyidir, lakin əgər yumurtanı sevmirsinizsə, salmon və süd kimi digər D vitamini mənbələrini seçə bilərsiniz.
5. Qoz-fındıq (kərəmi, badam və s.)
10 il ərzində 15 000-dən çox insanın iştirak etdiyi bir araşdırmada, orta miqdarda qoz-fındıq istehlakının depressiya riskini 23 faiz azaltdığı müəyyən edilib.
6. Toyuq əti
Pəhrizə yağsız toyuq əti əlavə etmək B6 və B12 vitaminləri ilə təmin edir ki, bu da yaxşı əhval üçün vacibdir. B6 vitamini serotoninin sintezində, B12 vitamini isə dopaminin yaranmasında rol oynayır hər iki maddə əhval-ruhiyyəni tənzimləyir. Bundan əlavə, toyuq əti triptofan adlı amin turşusundan ibarətdir. Araşdırmalar göstərir ki, triptofan baxımından kasad pəhriz depressiyaya səbəb ola bilər, triptofan qəbulu isə depressiyaya meylli insanlar üçün əhəmiyyətlidir.
7. Dəniz molyuskaları - istiridyə
İstiridyələr sadəcə afrodiziak deyil. Onlar omega-3 DHA yağ turşuları və sinklə zəngindir və bu maddələr özünüzü yaxşı hiss etməyə kömək edə bilər. Sink çatışmazlığı depressiya və narahatlığın inkişafı ilə əlaqələndirilir. Bu mineralın qəbulu bəzi hallarda əhval-ruhiyyəni yaxşılaşdıra bilər.
8. Zəfəran
Zəfəranın antidepressant kimi faydalı xüsusiyyətləri yaxşı məlumdur. Bəzi hallarda bu ədviyyatın qəbulunun plasebodan daha effektiv olduğu və ən azından bəzi antidepressantların terapevtik dozalarına ekvivalent təsir göstərdiyi deyilir.