İnsan ömründə neçə dəfə  həqiqətən sevə bilər? - ARAŞDIRMA
14 fevral 2026 16:57 (UTC +04:00)

İnsan ömründə neçə dəfə həqiqətən sevə bilər? - ARAŞDIRMA

0

İnsan ömrü boyu neçə dəfə ehtiraslı sevgi hissi yaşayır?

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu sualı Kinsey İnstitutunun alimləri 10 mindən çox subay insan arasında sorğu keçirərək araşdırıblar. Nəticələr göstərib ki, insanların əksəriyyəti həyatları boyunca iki dəfə aşiq olurlar.

“Interpersona” jurnalında dərc olunan bu tədqiqat ilk dəfə olaraq ehtiraslı sevginin həyat boyu neçə dəfə yaşandığını kütləvi şəkildə araşdırıb. Sorğuda yaşı 18-dən 99-a qədər olan yetkin respondentlər iştirak ediblər. Məlum olub ki, iştirakçıların təxminən üçdə biri (30,3%) həyatında ən azı bir dəfə bu hissi yaşayıb, 27,8%-i isə iki dəfə aşiq olduğunu bildirib.

Gözlənilməz fakt isə ondan ibarət olub ki, iştirakçıların 16,8%-i ehtiraslı sevgini üç dəfə, 10,9%-i isə dörd və daha çox dəfə yaşayıb. Bununla yanaşı, respondentlərin 14,2%-i belə emosiyaları heç vaxt hiss etmədiyini etiraf edib.

Tədqiqatın aparıcı müəllifi, doktor Amanda Gesselman qeyd edib ki, insanlar tez-tez aşiq olduqlarını desələr də, bu, həyat boyu bunun neçə dəfə baş verdiyini konkret araşdıran ilk tədqiqatdır. Onun sözlərinə görə, insanların əksəriyyəti üçün ehtiraslı sevgi həyat boyu cəmi bir neçə dəfə baş verən bir hadisədir.

Alimlərin gözlədiyi kimi, yaş faktoru da mühüm rol oynayıb: yaşlı iştirakçılar gənclərlə müqayisədə bir qədər daha çox belə epizod yaşadıqlarını bildiriblər.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, mədəniyyətlərdə geniş yayılmış “yalnız bir yarı” mifinin əksinə olaraq, insanlar həyatları boyu bir neçə mühüm tərəfdaşla qarşılaşmağa meyillidirlər. Müəlliflər yekun olaraq bildiriblər ki, bu nəticələr ehtiraslı sevginin epizodik və bəzən çətin tutulabilən xarakterini vurğulayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar