Yeni araşdırma göstərir ki, neandertallar heç vaxt tamamilə məhv olmayıb, onların DNT-si Homo sapienslə uzunmüddətli qarışma nəticəsində müasir insanlarda qorunub qalıb.
Lent.az xəbər verir ki, neandertallar Yer üzündən tam yox olmayıb. İtaliya və İsveçrədən olan alimlərin yeni araşdırmasına görə, bu arxaik insan növü əsl mənada yoxa çıxmayıb, çünki onların DNT-si müasir insanlarda saxlanılıb və genetik kodumuzun bir hissəsi olaraq qalır.
Tədqiqatçılar bildirirlər ki, təxminən 10 000 il ərzində neandertallarla Homo sapiens arasında müntəzəm cütləşmə nəticəsində tədrici qarışma davam edib. Nəticədə onların populyasiyası məhv edilməyib, əvəz olunub - alimlərin “genetik udulma” adlandırdığı proses baş verib.
“Əldə etdiyimiz nəticələr göstərir ki, neandertallar hər hansı bir fəlakət nəticəsində yox olmayıb. Onlar fiziki olaraq deyil, genetik cəhətdən udulublar”, – deyə Roma Tor Verqata Universitetindən Andrea Amadeyanın rəhbərlik etdiyi komanda qeyd edir.