Türkiyənin Düzcə vilayətində yaşayan motokuryer Onur Eski, sevgilisi Elif Ceylanı qəzaya uğradığı iddia edilən bir yerə çağıraraq evlilik təklifi edib.
Lent.az xəbər verir ki, motokuryer kimi çalışan Onur Eski, dostları ilə unikal bir evlilik təklifi planlaşdırıb.
Eski əvvəlcə sevgilisinə zəng edərək qəzaya uğradığını deyib. Daha sonra hadisə yerinə gələn sevgilisinə evlilik təklif edib.