Sahara səhrasına 40 ildə yeddinci dəfə qar yağdı - FOTO
13 mart 2026 01:45 (UTC +04:00)

Sahara səhrasına 40 ildə yeddinci dəfə qar yağdı - FOTO

0

11 mart tarixində Sahara səhrasına 40 ildə yeddinci dəfə qar yağıb.

Lent.az xəbər verir ki, nadir təbiət hadisəsi haqqında “Daily Mail” məlumat yayıb.

Əlcəzairin Ayn Sefra şəhərində, Saharanın şimal kənarında çəkilmiş fotolarda səhra təpələrinin qəfildən rənginin dəyişdiyi, narıncı əvəzinə ağ rəngə çevrildiyi görünür.

Məlumata görə, səhraya açılan qapı kimi tanınan şəhərdə temperatur bir gün əvvəl əhəmiyyətli dərəcədə aşağı düşüb və bu da qar yağışı üçün əlverişli şərait yaradıb.

Qeyd olunur ki, 2016-cı ildən əvvəl Ayn Sefraya 1979-cu ildə qar yağırdı, lakin son on ildə orada qar yağışı daha tez-tez baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar