Donmuş balığın buzunu əridəndə tələsmək lazım deyil. Bu proses zaman və səbr tələb edir. Ərimə nə qədər yavaş baş verərsə, məhsulun keyfiyyəti bir o qədər az itkiyə məruz qalır.
Balığı necə düzgün ərimək olar?
Lent.az xəbər verir ki, ən sadə və təhlükəsiz üsullardan biri dondurucudan balığı çıxarıb soyuducuya yerləşdirməkdir. Bu zaman balıq tədricən və təhlükəsiz şəkildə əriyir. Bu metodun yeganə mənfi tərəfi prosesin uzun çəkməsidir.
Əgər vaxt azdırsa, balığı soyuq su olan qazana yerləşdirmək də mümkündür.
Bir çox insan tələsdiyi halda mikrodalğalı sobadan istifadə etməyi düşünür, lakin bu üsul tez olsa da, əksər hallarda düzgün işləmir. Mikrodalğalı sobada istilik bərabər paylanmadığından məhsulun bir hissəsi bişə, digər hissəsi isə hələ donmuş qala bilər. Balıq isə temperatur dəyişikliklərinə çox həssasdır.
Balığı isti suda ərimək də teksturasını pozur və qida zəhərlənməsi riskini artırır.
Mütəxəssislər bildirirlər ki, tam ərimiş balıq təravətli qoxuya və təzə məhsula uyğun konsistensiyaya malik olmalıdır. Əridilmiş balığı soyuducuda 24 saata qədər saxlamaq olar.
Vacib qeyd: səhv ərimə üsulları qida təhlükəsizliyi baxımından ciddi risk yaradır və sağlamlığa zərər verə bilər.