Əgər yaxınlarınızı və ya dostlarınızı dadlı yeməklə təəccübləndirmək istəyirsinizsə, şərabda marinad edilmiş kabab bişirin. Marinad üçün istənilən quru ağ və ya qırmızı şərabdan istifadə etmək olar.
Lent.az bu resepti təqdim edir:
Hazırlanma müddəti: 50 dəqiqə
Qida dəyəri (100 qram üçün): 324 kkal
Tərkibi
Donuz əti (boyun hissəsi) - 1 kiloqram
Quru qırmızı şərab - 500 millilitr
Baş soğan - 4 ədəd
Limon suyu - 2 xörək qaşığı
Qara istiot - zövqə görə
Duz - zövqə görə
Hazırlanması
Soğanları təmizləyin və iri halqalar şəklində doğrayın. Əti yuyun, kağız dəsmalla qurulayın və porsiya ölçüsündə doğrayın. Əti dərin bir qaba qoyun, üzərinə doğranmış soğanı əlavə edin, limon suyu ilə səpin, duz və istiot vurun, qarışdırın. Daha sonra üzərinə şərabı əlavə edin və bir daha yaxşıca qarışdırın. Qabın üzərini qida plyonkası ilə örtün və soyuducuya 5–6 saatlıq qoyun ki, ət şərabın və ədviyyatların dadını tam mənimsəsin.
Bișirilməsi
Əti şişlərə düzün, aralarına soğan halqaları qoyun. Kababı köz üzərində qızılı rəng alana qədər bişirin, vaxtaşırı çevirin və marinaddan bir az səpərək ətin qurumamasını təmin edin. Bu üsulla hazırlanan kabab qeyri-adi dərəcədə şirəli, yumşaq və xoş ətrli olur. Şərabın tərkibindəki spirt bişirmə zamanı tamamilə buxarlanır, yalnız incə ətir və ləzzət qalır.