Toyuğun ən faydalı  hissəsi açıqlandı
30 sentyabr 2025 17:36 (UTC +04:00)

Toyuğun ən faydalı hissəsi açıqlandı

0

Dietoloq Keti Drakford insanların çoxunun düşündüyü kimi, toyuğun ən faydalı hissəsinin sinə əti olmadığını bildirib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Drakfordun sözlərinə görə, toyuğun ən faydalı hissəsi vərəyi (fileto) hesab olunur – bu, sinə ətinin alt hissəsinə bərkidilən daha incə ət parçasıdır. Onun üstünlüyü ondadır ki, demək olar ki, heç yağ ehtiva etmir, çox zərifdir və sinə ətinə nisbətən daha az qurudur.

Onun sözlərinə görə, 100 qram məhsulda cəmi 110 kalori, 25 qram zülal və təxminən 1 qram yağ var. Bundan əlavə, toyuq vərəyi kiçik ölçüsünə görə daha tez bişir. Onu salatlarda, pastada və digər yeməklərdə istifadə etmək olar.

Bununla yanaşı, Drakford bud və qanadların qəbulunu məhdudlaşdırmağı tövsiyə edib, çünki onların tərkibində yağ miqdarı çoxdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 700

Oxşar yazılar