Uşaqlıq dadı: “ətçəkənlə” hazırlanan  peçenye   necə bişirilir? - RESEPT
05 dekabr 2025 14:01 (UTC +04:00)

Uşaqlıq dadı: “ətçəkənlə” hazırlanan peçenye necə bişirilir? - RESEPT

0

Ətçəkənlə çəkilən peçenye evdə tez və rahat hazırlana bilən, sınanmış şirniyyat üsuludur. Əgər evinizdə hələ də köhnə ətçəkən varsa onu bir kənara atmağa tələsməyin. Bir çoxları üçün ətçəkəndən peçenye hazırlamaq uşaqlıq xatirəsidir. Nənələrimiz onu gözümüzün önündə çəkərdi nəticədə xırtıldayan, yumşaq və çox ətirli peçenye alınardı. 

Lent.az bu resepti təqdim edir:

İnqrediyentlər

200 qram kərə yağı

550–600 qram un

2 çay qaşığı qabartma tozu

100 qram mayonez

160 qram şəkər

3 ədəd yumurta

Hazırlanması

Ələnmiş unun üzərinə kərə yağı və qabartma tozu əlavə edin. Qarışığı ovuşduraraq unlu qırıntı halına salın. Daha sonra yumurtaları, şəkəri və mayonezi əlavə edin. Qatı, elastik xəmir yoğurun.

Xəmiri bıçaqsız ətçəkəndən keçirin və istədiyiniz uzunluqda bıçaqla kəsin. Peçenyeləri soba listinə düzün və əvvəlcədən qızdırılmış sobaya yerləşdirin. 180°C temperaturda 20-30 dəqiqə bişirin.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar