Amerikanın “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən yazıb ki, Çin Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Tsin Qana ABŞ səfirliyində diplomat işlədiyi vaxtda nikahdankənar münasibətlərə görə tutduğu vəzifədən uzaqlaşdırıla bilərdi.
Lent.az xarici mediaya istinadla bildirir ki, məlumata görə, Çin Kommunist Partiyası daxili audit nəticəsində Tsin Qanqn ABŞ-da səfir olduğu müddətdə romantik münasibətdə olduğunu və hətta ata olduğunu müəyyən edib.
“Vəziyyətlə tanış olan insanların dediyinə görə, Tsin Qan milli təhlükəsizliklə bağlı mümkün pozuntular səbəbindən istintaq altındadır”, - məqalə müəllifləri vurğulayırlar.
Xatırladaq ki, 2023-cü ilin iyulunda ÇXR parlamentində səsvermə zamanı Tsin Qan Çin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Üstəlik, bir neçə gün əvvəl Tsin Qanq ASEAN xarici işlər nazirlərinin görüşündə iştirak etmədikdən sonra mediada keçmiş nazirin yoxa çıxması ilə bağlı şayiələr yayılmağa başlayıb.