Məzahir Pənahov
27 aprel 2026 16:27 (UTC +04:00)

Məzahir Pənahov

Məzahir Pənahov yenidən MSK sədri seçildi

0

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

Lent.az-ın xəbərinə görə, iclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

Məzahir Pənahov yenidən MSK sədri seçilib. Məzahir Pənahov ona göstərilən etimada görə, komissiya üzvlərinə təşəkkür edib.

İclasda Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov MSK-nın katibi seçiliblər.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılaraq, qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar