Prezidentdən  məmurlara   QADAĞA: Ad günündə  hədiyyə   verməyəcəklər
06 dekabr 2023 13:05 (UTC +04:00)

Prezidentdən məmurlara QADAĞA: Ad günündə hədiyyə verməyəcəklər

Qırğızıstan prezidenti Sadır Japarov ad günündə məmurların ona hədiyyə verməsini qadağan edib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bunu Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov deyib.

Baysalov xatırladıb ki, dekabrın 6-sı dövlət başçısının yubileyidir, onun 55 yaşı tamam olur. O, Japarovu “əvazökar insan” adlandırıb və əlavə edib ki, məmurlara ona hədiyyə verməyi qadağan edib.

Nazirlər Kabineti sədrinin müavini həmçinin qeyd edib ki, prezident “tarixi miqyasda” transformasiyalar həyata keçirərək ölkədəki vəziyyəti “bütün aspektlərdə tamamilə dəyişdirə bilib” və islahatları davam etdirməyi planlaşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4668
avatar

Oxşar yazılar