Ukraynanın birinci xanımı Yelena Zelenskaya prezident Vladimir Zelenskinin qarşıdan gələn seçkilərdə ikinci müddətə namizəd olub-olmayacağını bilmədiyini deyib.
"Yaxşı, bilirsiniz, bu mənim üçün çox çətin məsələ idi. Bilirsiniz, o, ilk dəfə namizədliyini irəli sürəndə belə, mən bunu tam dəstəkləmədim... Amma yenə də namizədliyini irəli sürsə, buna qərar versə, bizim müəyyən təcrübəmiz var, ilk dəfə olduğu kimi qorxulu deyil”, - Lent.az xarici mediaya istinadla bildirir ki, birinci ledi vurğulayıb.
Zelenskayanın sözlərinə görə, o hesab edir ki, ölkədəki mövcud vəziyyət, azad və ədalətli seçkilər təşkil etmək imkanı prezidentin qərarında müəyyən faktor ola bilər.
"Bu, həm də cəmiyyətimizin ona prezident kimi ehtiyacı olub-olmamasından asılı olacaq; o hiss etsə ki, Ukrayna cəmiyyəti daha onun vəzifədə olmasını istəməzsə, yəqin ki, namizədliyini irəli sürməyəcək. Amma nə qərar versə, onu dəstəkləyəcəm", - birinci xanım vurğulayıb.