Sınaq imtahanlarının nəticələri açıqlandı
Lent.az-ın məlumatına görə, imtahan nəticələri artıq nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib. Belə ki, imtahanlarda iştirak etmiş şagirdlər iş nömrəsini saytdakı müvafiq bölməyə daxil etməklə cavabı öyrənə bilərlər.
Xatırladaq ki, bu il orta məktəblər üzrə sınaq imtahanları təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən 12 fevral – 17 aprel aralığında keçirilir. Növbəti sınaq imtahanları fevralın 20-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəblərində keçiriləcək. İmtahanlar test üsulu ilə keçirilir və əldə olunan nəticə şagirdlərin attestat qiymətlərinə də təsir göstərəcək. 11-ci sinif şagirdləri üçün sınaq imtahanları 8 fənn, 9-cu sinif şagirdləri üçün isə 2 fənn üzrə keçirilir.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz
5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 may 2025 , 08:25