Xəzərdə sunami təhlükəsi gözlənilmir
01 aprel 2011 13:16 (UTC +04:00)

Xəzərdə sunami təhlükəsi gözlənilmir

Lent.az-ın məlumatına görə, bu barədə Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun elmi şurasında “Yaponiya zəlzələsi: Azərbaycanın geodinamik proseslər” mövzusunda keçirilən tədbirdə Coğrafiya İnstitutunun direktor müavini Ramiz Məmmədov bildirib.

O qeyd edib ki, sunaminin baş verməsi üçün ilk növbədə, geniş ərazi və bol su lazımdır. R.Məmmədovun sözlərinə görə, Xəzər dənizində indiyədək 3 dəfə qabarma hadisəsi baş verib. Qabarmalardan birincisi hələ X əsrdə, təqribən 950-ci illərdə Xəzər dənizinin Dağıstan hissəsində olub. Sonra isə 2 dəfə də belə hadisələr qeydə alınıb.

Ramiz Məmmədov onu da bildirib ki, Xəzər dənizində təbii proseslərə diferensial yanaşılmalıdır. Onun fikrincə, ötən il Kür çayının səviyyəsinin artması, ümumiyyətlə, Xəzər sahillərində suyun çoxalması kənd təsərrüfatı infrastrukturuna ziyan verib: “Sunaminin vurduğu qədər ziyan olmasa da, hər halda bu təbii proseslər ölkənin infrastrukturuna ziyan vurur”.

Tədbirdə o da qeyd olunub ki, geoloji proseslərin öyrənilməsi, problemlərin həlli yolları, proqnozların hazırlanması üçün prezident yanında xüsusi komissiyanın yaradılması məqsədə uyğun sayılır. Həmçinin, bu sahədə dövlət proqramının hazırlanması təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar