Qafqaz Müsəlmanları İdarəsi kilsədə “Qurani-Kərim”in nüsxəsinin yandırılmasını pisləyib
APA-nın məlumatına görə, QMİ bəyanatda hərəkətə etirazını bildirib: “Özünü keşiş kimi qələmə verən birisinin həyata keçirdiyi mənfur aksiya müqəddəs İslam dininə xələl gətirmək iqtidarında olmasa da, onun ardıcıllarının heysiyyətinə toxunmaq, onların ən ülvi mənəvi hisslərinin təhqir olunması baxımından olduqca xoşagəlməz haldır. Belə ki, bu hadisənin fəsadları bəşəriyyət üçün çox acınacaqlı və təhlükəli ola bilər. İstər “Tövrat”, istər “İncil”, istərsə də “Qurani-Kərim” Allah tərəfindən insanlara hidayət yolunu göstərmək üçün göndərilib. “Qurani-Kərim”də Musa, İsa, Məryəm və digər müqəddəslərin adları ehtiramla çəkilir, İslam onları qəbul edir. Bu kitabdakı ali mətləblərdən xəbəri olmadan onu yandırmaq mahiyyət etibarilə “Tövrat”a da, “İncil”ə də qarşı bir üsyandır”.
QMİ milyonlarla müsəlmanın heysiyyatına toxunan bu hadisəyə qəti etirazını bildirib, ABŞ-ın dövlət rəsmilərini, ictimai birliklərini və dini mərkəz rəhbərlərini bu addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, insan qarşıdurmasına yol aça biləcək belə bir təxribatların gələcəkdə qarşısını almaq üçün fəal səy göstərməyə çağırıb: “İslamın müqəddəs kitabına belə bir təhqiramiz münasibətin bütün dini rəhbərlər tərəfindən pislənməsini vacib sayır, artıq insan tələfatına səbəb olmuş bu mənfur hadisəni törətmiş üzdəniraq keşişin dini ədavəti qızışdırmaq cəhdinə görə qanunla cəzalandırılmasını tələb edirik”.

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32