Azərbaycanlı alim Danimarkada mükafat aldı
Danimarkanın Qlostrub xəstəxanasının professoru və Kopenhagen Universitetinin baş elmi işçisi, həmyerlimiz Məsud Aşini Nevrologiya sahəsində apardığı uğurlu elmi araşdırmalarına görə, “Mogens Fog” mükafatına layiq görülüb.
Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Danimarkada fəaliyyət göstərən professora elmi layihələrini, xüsusilə miqren (nevroloji) xəstəliyi ilə bağlı elmi araşdırmalarını davam etdirmək üçün “Novo Nordisk” fondu tərəfindən 2,5 milyon qrant ayrılıb. Alim Danimarkanın nüfuzlu “Annals of Neurolog” elmi jurnalına verdiyi müsahibəsində qeyd edib ki, artıq miqren xəstəliyinin müalicəsi üçün yeni dərmanlar kəşf edilib və yaxınlarda istehsalına başlanılacaq.
Qeyd edək ki, Məsud Aşini 1965-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Tibb Universitetini bitirib və doktorluq işini Danimarkada müdafiə edib. 150-dən çox elmi məqalənin və 20-dən çox kitabın müəllifidir.

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32